Xəbər verdiyimiz kimi, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı iki nəfər həbs olunub. Bunlar “Bakı Ağac Emalı” ASC-yə sahiblik edən Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir.
BUTA.TV xəbər verir ki, Tağı İbrahimov uzun müddət ATV kanalının prezidenti vəzifəsini tutub. Qardaşı Hacı İbrahim Nehrəmli Azərbaycanın tanınmış iş adamlarından biridir. Digər qardaşı Nazim İbrahimov isə Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri vəzifəsində çalışıb.
İbrahimov qardaşları cəmiyyətdə kifayət qədər tanınırlar. Zaman-zaman mətbuatda onlarla bağlı qalmaqallar, yetərincə gündəm yaradan məlumatlar dərc olunub.
Xatırladaq ki, partlayışdan sonra Tağı İbrahimov mediaya açıqlama verərək yanan mebel sexinin onlara aid olmadığını bildirmişdi. Hətta hadisədən sonra İbrahimovun Azərbaycandan qaçması ilə bağlı xəbərlər də yayılmışdı.
- Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir