490 minə yaxın sərnişin metrodan ödənişsiz istifadə edib

19:30 - 8 Fevral 2024 - GÜNDƏM

 490 minə yaxın sərnişin metrodan ödənişsiz istifadə edib

2024-cü ilin yanvar ayında Bakı metropoliteninin xidmətindən istifadə edən sərnişinlərin 489 min 761 nəfərini ödənişsiz istifadəçilər təşkil edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin məlumatında deyilir.

Qeyd olunub ki, 2024-cü ilin ilk ayında Bakı metropoliteni 17 milyon 252 min 693 sərnişin daşıyıb və bu, orta statistik hesabla gün ərzində 556 min 538 sərnişin deməkdir.

Ən çox sərnişin daşınan gün yanvarın 12-si olub – 687 min 779. Yanvarın 14-ü metropolitenə ən az sərnişin daxil olan gündür – 351 min 455.

Bu xəbər hal-hazırda çox oxunur
Bəylər Eyyubov yeni vəzifədə

Pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə (7,1 % az), keçən ilin yanvar ayına nisbətən (0,3 % az) metropoliten 2024-cü ilin ilk ayında daha az sərnişin daşıyıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol