Almaniya İsrail Baş naziri Benyamin Netanyahunun Rəfah şəhərinə hücumla bağlı fikirlərinə sərt reaksiya verib.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok sosial şəbəkə hesabında yazıb.
“Rəfahda fövqəladə vəziyyət artıq inanılmaz ölçülərə çatıb. 1,3 milyon insan münaqişələrdən qaçaraq çox dar bir ərazidə sığınacaq axtarır. İsrail ordusunun Rəfaha hücumu humanitar fəlakətin başlanğıcı olacaq. Qəzzada artıq insanların qaçmağa yeri yoxdur”, - nazir bildirib.
Qeyd edək ki, İsrail mediası B.Netanyahunun ordunun Rəfaha daxil olması üçün hazırlıq əmri verdiyini yazıb.
- “Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700 müraciət daxil oldu
- Elnur Azadxanov vəzifəsindən azad edildi
- “ADY Mobile” istifadəçilərinin sayı 500 minə çatdı
- Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?
- İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi
- Prezident qəbul keçirdi - Fotolar
- "TuranBank" və ITFC arasında uğurlu əməkdaşlıq...
- Rusiya bu gün 4 “Neptun”, 619 PUA vurdu