Qərbin sanksiyaları Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə mühüm təsir göstərib.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.
“Biz 2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4 milyard dollara çatacağını proqnozlaşdırırdıq. Səhv etmişik, 4,4 milyard dollar, 17% artım oldu. Bu qədər artım nəyinsə Azərbaycan üzərindən təkrar ixracı deyil, bunlar, xüsusən, böyük sənaye kooperasiya layihələridir. Sanksiyalar əlaqələrimizin daha da yaxınlaşmasına səbəb oldu, biz sənaye əməkdaşlığı sahəsində çox ciddi layihələr həyata keçiririk”, - Yevdokimov bildirib.
Onun sözlərinə görə, bu ilin əvvəlində Rusiya və Azərbaycan milli valyutalarından (rubl və manat) istifadə 54%-i ötüb:
"Sabah" ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı Azərbaycan klubu "Sabah" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa haqq qazandı.
“Yəni biz Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq. Rublun manata konvertasiyası müəyyən edilib. Bu məqsədlə Azərbaycan və Rusiya bankları arasında birbaşa texniki xətlər yaradılıb”.
- ABŞ-la hərbi qarşıdurma başa çata bilər - SEPAH
- Türkiyə və Rusiya arasında kritik görüş: Qafqaza müdaxilə...
- “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
- “Xətaidə tullantı sularının dənizə axıdılması həqiqətə uyğun deyil” - Rəsmi
- İranda dollar yenə bahalaşdı
- Qazaxıstanda şok əməliyyat: 21 ton narkotik...
- Putin və Tramp bu məsələni müzakirə etdi - Peskov
- Ana qolları olmadığı üçün körpəsindən imtina etdi - Foto