ARB-də ailə üzvlərini qətlə yetirən gəncin qohumları danışır. Onları dinlədikcə dəhşətə gəlirəm:
-:Ayrıca ev almışdılar ki, rahat yaşasın.
- Maşın almışdılar ki, sürüb kef eləsin.
- Hər gün cibinə 30 manat qoyurdular ki, yeyib-içib kef eləsin.
- Psixi xəstə olsa da, xəstəxanaya qoymurdular ki, sağlam insanlarla birgə yaşasın, dost-tanışdan utanmasın.
- 15 yaşı olanda adam bıçaqlamışdı. Cəza çəkməyə qoymadılar ki, türmədə çürüməsin.
- "Prava" alıb vermişdilər ki, maşınla başını qatsın.
- Uşaq vaxtından idmana qoymuşdular ki, ağıldan kəm olsa da, qoldan güclü olsun.
Yəqin xəbəriniz var, bu gün Bakıda ailə soyqırımı baş verib. Soyqırımı törədən özgəsi deyil, ailənin doğmaca oğludur. 24 yaşlı Əhməd Əhmədov əvvəlcə 27 yaşlı bacısını və onun azyaşlı qızını, sonra isə atasını, anasını və 9 yaşlı qardaşını bıçaqlayaraq öldürüb. Qohumlarının ARB-yə danışdıqlarına əsaslanaraq, qatilin portretini yuxarıda az da olsa çızmağa çalışdım. Biqeyrət oğuldan bundan artıq nəsə gözləməyə dəyməz. Narkomandır, dəlidir, harındır, hər nə zibildir, bunu istintaq müəyyən edəcək. Çox istərdim ki, istintaq bu suallara da cavab tapsın:
- Psixi xəstə olan şəxs hansı yollarla xəstəxanada yatmaqdan canını qurtara bilib?
- Psixi xəstə necə sürücülük vəsiqəsi ala bilib?
- 15 yaşı olanda adam bıçaqlayan Əhmədi kim məsuliyyətdən xilas edə bilib?
- Ağıllı adamların bir tikə çörəyə möhtac olduğu bir ölkədə heç yerdə işləməyən bir dəli necə lüks evə və bahalı maşına sahib ola bilib?
Qətlin sirri bu sualların altında gizlənib. Pərdəni qaldırsaq, əsl həqiqət üzə çıxacaq...
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?