Bakıda kişinin azyaşlıya qarşı zorakılıq etməsini əks etdirən görüntülər yayılıb. Videoda onun balaca qıza qarşı kobud davranması, saçını dartması və başına güclü zərbələr vurması görünür. Bundan qorxan uşaq ağladığı zaman isə kişi azyaşlıya bunu belə irad tutur.
DİN-in Mətbuat xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov bildirib ki, sözügedən görüntülər araşdırılıb.
Onun sözlərinə görə, azyaşlıya qarşı zorakılıq edən Bakı sakini Elnur Məmmədova qarşı cinayət işi açılıb: “Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Elnur Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, hadisədən əvvəl E.Məmmədovun həyat yoldaşını döydüyü, daha sonra ananın qızına qarşı edilən zorakılığı telefonla çəkiyi iddia edilir.
- Tiktokda ilk paylaşımını etdi, saxlanıldı
- Füzulidə Araz çayı boyunca güclü yanğın başladı
- Bakıda sərnişin avtobus sürücüsünü döydü - Video-Yenilənib
- Məşhur həkimin səs yazısı yayıldı: Müayinə üçün... - Video
- İlin toyuna geri sayım başladı - Messi də orada olacaq
- Dəfn pulu ilə bağlı rəsmi açıqlama
- İcbari sığorta ilə bağlı yeni qaydalar təsdiqləndi
- Kirayə mənzillər rekord vaxtda bitdi - Cəmi 16 dəqiqə