Fevralın 15-də Azərbaycan Universitetinin 3-cü kurs tələbəsi, 1995-ci il təvəllüdlü Nurlan S. həbs edilib.
BUTA.TV xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsi Nurlanı Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilib. 29 yaşlı tələbə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və həmin gün məhkəmə zalında həbs edilib. Həmçinin məlum olub ki, həbs edilən tələbə GESKO şirkətində növbə rəisi vəzifəsində işləyirmiş. Dələduzluq hadisəsinə gəlincə Nurlan S.-in Mirqalib adlı qazini aldadaraq 22 min manat pul alması barədə şikayətdən sonra cinayət məsuliyyətinə cəlb edilməsi məlum olub.
Belə ki, Nurlan həmin şəxsi aldadaraq ona müharibədə iştirakına görə torpaq sahəsi ayırtdıracağını və ev alacağını deyib. Bu adla o, həmin şəxsdən 22 min manata yaxın pul alıb və bütün pulları “Topaz”da mərc oyunlarına qoyaraq uduzub.
Bundan sonra Mirqalib Q. polisə şikayət edib. Nurlanın ailəsi zərərçəkmişə cəmi 5 min manat qaytara bilib.
- Nazirlik 8 min uşağın təhsilini maliyyələşdirəcək - Rəsmi
- Tiktokda ilk paylaşımını etdi, saxlanıldı
- Füzulidə Araz çayı boyunca güclü yanğın başladı
- Bakıda sərnişin avtobus sürücüsünü döydü - Video-Yenilənib
- Məşhur həkimin səs yazısı yayıldı: Müayinə üçün... - Video
- İlin toyuna geri sayım başladı - Messi də orada olacaq
- Dəfn pulu ilə bağlı rəsmi açıqlama
- İcbari sığorta ilə bağlı yeni qaydalar təsdiqləndi