“Kamil Zeynallı dünən gecə saatlarında saxlanılıb. Onun saxlanılmasının əsl səbəblərini bilmirik. Amma səfirlik olaraq, dərhal bütün addımları atmışıq”.
“BUTA TV” xəbər verir ki, bunu “Gununsesi.info”ya açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib. Səfir bildirib ki, Kamil Zeynallının saxlanılmasının əsl səbəbləri bu gün bəlli olacaq: “Saxlanılması barədə özünün iddiaları var. İndi məlum olacaq ki, niyə saxlanılıb. Biz onun üçün vəkil tutmuşuq. Konsulu da yoxlamışam. Hazırda onun yanındadır. Səfirlik üzərinə düşən hər şeyi edir”.
Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.
- Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir