Azərbaycanda toy məclisi zamanı bir qrup şəxsin namaz qılması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, dini toyda iştirak edən xeyli inanclı şəxsin namaz qılması müzakirə edilir. Toy sahibi bu haqda açıqlamasında vəziyyətdən narazı qaldığını deyib. Bəs dindarlar bunu necə dəyərləndirir?
Mövzunu Globalinfo.az-a şərh edən ilahiyyatçı Ağa Hacıbəyli qeyd edib ki, hər şeydən öncə biz müsəlmanıq və bizim ibadətlərimiz, dünya görüşümüz, yaşantılarımız, əsrlərdən gələn ənənələrimiz və öz həyat tərzimiz var. O deyib ki, hər şeydən üstün dəyərimiz bizim mənəviyyatımızdır:
“Mənəviyyatımızın bir parça isə bizə ibadətlərimizlə ötürülüb. Təki hər zaman toy-düyün olsun, gənclərin ailə qurması onların haqqıdır. Lakin hər şeyin bir üslubu var. Namaz gözəldir, dərviş toyu da çox gözəldir, amma məncə, şadlıq saraylarında ibadət üçün xüsusi otaqlar olur. Uyğun yer olsa, insanların məclisdən çıxıb orada ibadətlərini etmələri daha münasib olardı”.
İlahiyyatçı bildirib ki, orada olan qonaqların hamısı deyil, bir qismi ibadət əhlidirsə, xüsusi yerə çəkilə bilərdilər:
“Məsələnin necə olduğunu heç kim dəqiq bilmir. Həqiqətən otaq olmadığı üçün orada namaz qılıblarsa, problem görmürəm, amma yox, bu kiməsə göstərmək məqsədilə edilibsə, nəsə deyə bilmərəm. Məsələnin mahiyyətini bilmədən heç kimin haqqına girmək istəmirəm. Lakin ibadətlərimiz istənilən təmiz bir yerdə yerinə yetirilə bilər”.
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək
- Qabil Məmmədovla bağlı qərar verildi
- Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?