Avdeyevkanın ələ keçirilməsindən sonra Rusiya rəhbərliyi müharibəni piyada qoşunların hücumları ilə davam etdirməyi hədəfləyir.
BUTA.TV xəbər verir ki, bu barədə "Moskva vaxtı" (The Moscow Times) nəşri məlumat yayıb.
"Əldə edilən informasiyaya görə, Rusiya Müdafiə Nazirliyi 2024-cü il ərzində orduya 400 min hərbçi qəbul etməyi planlaşdırır. İnsanların orduya cəlb edilməsi üçün aylıq 70 min rubl (təxminən 760 dollar) ödəmək, ön cəbhədə döyüşənlər üçün isə aylıq ödənişi 304 min rubla (təxminən 3200 dollar) qədər artırmaq nəzərdə tutulub.
Üstəlik, müqaviləli hərbçilərə müharibə bitənə qədər cəbhədə qalmaq məcburiyyəti tətbiq ediləcək", - məlumatda qeyd edilib.
Nəşrə açıqlama verən adı açıqlanmayan yüksək rütbəli hərbçilərdən biri ordu üçün yaradılan imkanların məhdud olduğunu, insan resursunun tükənməyə doğru yaxınlaşdığını və cari illə bağlı planların reallığı əks etdirmədiyini bildirib.
- ABŞ 4 saata işi bitirdi, Rusiya 4 ildir bacarmır
- Kimsə izah edə bilərmi ki, Putinin iqamətgahına niyə hücum olmaz?
- Milyardlar sovruldu, proksilər çökdü - İran çalxalanır
- Tramp Venesuelanı “götürdü”: İranı da bu sözlərlə hədələmişdi
- Maduro tutularkən ABŞ hərbçilərindən nə xahiş edib?
- Maduronun saxlanılandan sonra ilk - Fotosu
- ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili
- Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir