Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə zamanı "Mersedes Vito" markalı mikroavtobusla QAZ-53 markalı kiçik tutumlu yük maşını toqquşub.
Nəticədə Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Duman Abdullayev ölüb.
Habelə Şəmkir rayon sakinləri - 1965-ci il təvəllüdlü Xalidə İsayeva, 1985-ci il təvəllüdlü Vüsal Babayev, 1994-cü il təvəllüdlü M.Məmmədli, 1972-ci il təvəllüdlü Xudayar Musayev, 1993-cü il təvəllüdlü Anar Qasımov və 2004-cü il təvəllüdlü Elşanə Musalı xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
- Zakir Fərəcov sakinlərlə görüşdü
- Böyük planların üçün rahat kredit təklifi - Expressbankda
- Bayramov daha bir xəstəxana direktorunu yola salır - Foto
- Bu şəxslərin maaşı artırılacaq
- "Azercell" və ADA Universiteti bu proqrama start verir
- "İdrak" işi: Şagirdin atası barədə qərar...
- “Qolum işləmir, stresdən yata bilmirəm” - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?
- İtaliyadakı yeni səfirimiz o oldu - Foto