Azərbaycan müharibəyə, biz də KTMT-dən çıxmağa hazırlaşırıq.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan deyib.
“KTMT müşahidəçiləri Avropa müşahidəçilərindən fərqli olaraq birgə hərbi təlimlərə hazır idilər. Gürcüstan indi Rusiyaya qarşı faktora çevrilməkdən yayınır. Ümumiyyətlə, qəzəbli, təşvişli adamın ağlı ilə supergüclərlə danışıqlar aparmazlar. Fransa dost ölkədir, lakin onun burada hərbi mövcudluğunun mümkünlüyünü elan etdiyini eşitməmişəm”.
Danielyanın sözlərinə görə, insanlar sülh söhbətinə aldanırdılar, indi mümkün müharibədən danışılır:
“Müxalifət dəfələrlə təkliflərlə çıxış edib və qəbul olunmayıb. Müharibə təhlükəsi müxalifət üçün məhdudlaşdırıcı haldır. Hakim partiyanın reytinqi günü-gündən aşağı düşür”.
- İlham Əliyev 2 fərman imzaladı
- Attestasiyadan kəsilən kitabxana işçiləri... – Nazir müavini
- “Gənclik”dəki avtobus dayanacağı yoxa çıxdı – Foto
- İranda daha iki etirazçı edam edildi, bir qadın güllələndi
- Türkiyədən gətirilmiş bu qida məhsulu məhv edildi - Foto
- Əliyevlə Putin telefonla danışdı
- Sabah 40 dərəcə isti olacaq
- Dini inancları təhqir edən Üzeyir Abas saxlanıldı