Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.
BUTA.TV xəbər verir ki, son oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
Lider “Qarabağ” ən yaxın izləyicisi olan “Sumqayıt”ı qəbul edib.
2:0 hesablı qələbə qazanan Qurban Qurbanovun kollektivi xallarının sayını 54-ə çatdırıb və ən yaxın izləyicisi ilə fərqi 18 xala yüksəldib.
"Sabah" ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı Azərbaycan klubu "Sabah" tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxmağa haqq qazandı.
Turun əvvəlki oyunlarında “Kəpəz” “Qəbələ”ni (2:1), “Səbail” “Sabah”ı (2:0), “Zirə” “Araz-Naxçıvan”ı (3:0) məğlub edib, “Turan Tovuz”la “Neftçi” (1:1) bərabərə qalıblar.
Qeyd edək ki, Premyer Liqada XXV turun görüşləri 1-3 noyabrda oynanılacaq.
- İsrailin bu ölkədə səfirliyi açıldı
- Əpl yeni ağıllı saat modellərini təqdim etdi
- “Barselona” və PSJ-dən darmadağın, “Qalatasaray”dan məğlubiyyət - ÇL-də gecənin matçları
- ABŞ-da benzin kəskin ucuzlaşacaq - Tramp
- MAQATE Suriya ilə bağlı qərarını verdi
- Xarkovda yenidən ardıcıl partlayışlar baş verdi
- Zelenski o hərəkətinə görə tənqid olundu
- İranla müharibə bu tarixdə başa çatacaq - Tramp