Ermənistan Prezidenti Vaaqn Xaçatryan İraqa rəsmi səfərə gedib.
BUTA.TV xəbər verir ki, erməni mediası onun səfər çərçivəsində İraq Prezidenti Əbdüllətif Rəşid və Baş nazir Məhəmməd Şia əl-Sudani ilə görüşəcəyini yazıb.
O, həmçinin Ərbilə səfər edəcək və burada İraq Kürdüstanının fəxri prezidenti Məsud Bərzani və İraq Kürdüstanının prezidenti Neçivan Bərzani ilə görüşlər keçirəcək.
Vaaqn Xaçatryanın İraq və İraq Kürdüstanının erməni icmalarının nümayəndələri ilə də görüşəcəyi bildirilib. Ermənistan prezidentinin nümayəndə heyətinin tərkibində sahibkarlar da İraqa gedib və biznes forumda iştirak edəcəklər.
Qeyd edək ki, bu gün Xaçatryan Küveytin Ermənistandakı səfiri ilə də görüşüb və iqtisadi əlaqələri müzakirə edib.
- Bakıda külək zəifləyir - Faktiki hava
- Bakıda güclü külək: 48 ağac aşdı
- “Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
- 5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq
- Sükan arxasında ürəyi tutdu, qəza törətdi: ölən var
- Elxan Səmədovun diqqətçəkən dosyesi - MCİPS-in peşəkar üzvü, “Əsrin müqaviləsi”, ölkə çempionu…
- Türkiyə möhtəşəm ölkədir, kimsə mane ola bilməz - Tramp
- “Allah əmr etdi” deyib üç qadını bıçaqladı - Video