Ukraynanın Avdeyevka şəhəri uğrunda dörd ay davam edən döyüşlərdə Rusiya ordusu SSRİ-nin Əfqanıstanda 10 ildə itirdiklərindən daha çox hərbçi itirib.
BUTA.TV xəbər verir ki, bu barədə "Moskva vaxtı" (The Moscow Times) məlumat yayıb.
Hərbi analitiklərin, rusiyalı hərbi blogerlərin və Ukrayna rəsmilərinin hesablamaları göstərir ki, Rusiya Avdeyevka uğrunda gedən döyüşdə Əfqanıstandakı onillik müharibədən daha çox əsgər itirib.
Bildirilib ki, Sovet ordusunun 1979-1989-cu illərdə Əfqanıstanda ölən hərbçilərinin (KQB və DİN əməkdaşları daxil olmaqla – red.) sayı 15 mindən bir qədər çox idi.
Kriştianu Ronaldu Lionel Messini qabaqladı - Argentinalı ilk üçlükdən kənarda qaldı
Ukrayna “Tavriya” komandanlığının nümayəndəsi Andrey Lixovoy rusların Avdeyevkada 17 min hərbçi itirdiyini, 30 mindən çox əsgərin də yaralandığını bildirib.
Digər tərəfdən, rusiyalı hərbi jurnalist Andrey Morozov da Rusiya qoşunlarının böyük itkiləri olduğunu təsdiqləyib, bu rəqəmin 16 minə çatdığını qeyd edib.
- Türk bloger Bakıdan İrəvana getdi və “Qarabağ” oxudu - Video
- Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin İLGİNC TƏFƏRRÜATI
- Rusiya dünyada hansı sahələrdə birincidir? - Şok statistika
- Fidanla Rubionun görüşü öncəsi Paşinyanın zənginin səbəbi
- “Hər şey çox gözəl olacaq” deyən də saxlanıldı - VİDEO
- 13 yaşlı qızdan uşağı olan şəxsin azadlığa çıxması müzakirələrə səbəb oldu
- Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya gətirildi
- Rusiyalı hərbi müxbir Belqorodda öldürüldü