Ağstafanın icra başçısı Seymur Orucovun aparıcı Alidə Mustafayeva ilə ötən gün baş tutan toy mərasiminə medianın reaksiyası sosial şəbəkələrdə ikili, üçlü və... çoxlu reaksiyalara səbəb olub: bəziləri hesab edir ki, hər kəsin evlənmək haqqı var, burda qəribə heç nə yoxdur və media nahaq yerə bundan gündəm yaradır; bəziləri düşünür ki, bu, icra başçısını vurmaq üçün heç də yaxşı mövzu deyil; bəziləri sanır ki, media tiraj üçün şou tapıb və s...
Əlbəttə, mövzunun şou hissəsi də yox deyil. Ancaq bu toyun gündəmə çevrilməsini şərtləndirən səbəblər də çoxdur:
1. Seymur Orucov bu ölkənin iri rayonlarından birinin başçısıdır, dövlətin siyasi-inzibati iradəsini yerdə təmsil edir. Onun özəl həyat anlayışı ola bilməz – bütün addımları ictimaidir.
Azərbaycanda ikinci yox, 8-ci dəfə də evlənən şəxslər var, onlar haqda kimsə nəsə yazmır. S.Orucovun toy məsələsi buna görə ciddi medianın da diqqətini çəkdi;
Bakıda yoxa çıxan 3 rəfiqədən gələn müəmmalı MESAJLAR VƏ ŞƏKİLLƏR - VİDEO
2. Dövlətin siyasi iradəsini yerdə həyata keçirən şəxs olaraq S.Orucovun milli dəyərləri mütləq şəkildə qoruması artıq bir seçim deyil, vacibdir: sən bu ölkənin məmurusansa, ənənələri yaşatmağa borclusan.
Azərbaycanda isə kişi 10 dəfə də evlənə bilər, ancaq yalnız bir dəfə “bəy” olur, özünə bir dəfə toy edir. Çox nadir istisnalar yalnız gənclərə aid ola bilər – o da əgər hansısa səbəbdən ayrıldıqdan sonra övladı yoxdursa.
Bu baxımdan 4 uşaq atası olan bir şəxsin bu qədər irimiqyaslı toy-dügün keçirməsi diqqətləri özünə çəkməyə bilməzdi.
3. Başçının uşaqlarının anasının da qismən ictimai statusu. Doğrudur, artıq onun atası Şəmsəddin Hacıyev daha İqtisad Universitetinin rektoru, deputat deyil, buna baxmayaraq, özü iri sahibkardır, istixanaları var və “Azəriqaz” bir neçə dəfə yüzminlərlə borca görə bu xanımla məhkəmə çəkişməsi yaşayıb.
“Dahası” da var: S.Orucov Şəmsəddin Hacıyevin rektor olduğu universitetdə ilk karyerasını qazanıb və prorektorluğa qədər yüksəlib. Təbii ki, “bağda ərik var idi...” düşüncəsi bu evliliyi və boşanmanı ictimailəşdirir.
Hər kəsin doğrudan da ailə qurmaq, evlənmək, ərə getmək kimi təbii haqqı var. S.Orucov da birinin qolundan yapışıb, evənə aparsaydı, səssiz-küysüz – yəni musiqinin səsi bütün Bakını başına götürmədən – ciddi media bu olayı işıqlandırmayacaqdı.
Anadolu türklərinin gözəl bir sözü var: “makamına sayğı göstərmək”. Özün istədiyin düşüncədə ola bilərsən, istədiyin həyatı yaşamaq haqqın da var, ancaq dövlət məqamındasansa, dövlət ərkanına, xalq ənənəsinə uyğun davranmaq öhdəliyini o vəzifəni qəbul edərkən götürmüsən demək.
- Nazilə Səfərlidən QALMAQALLI AÇIQLAMA: "Gürcüstana toya gedən bəzi müğənnilər quldurlarla əlbirdir"
- Ölkəmizə Avropada şər atan daha bir azərbaycanlı - Foto
- Bakı ilə saziş imzalansa da, müşahidəçilər yenə qalacaq
- Deputat: "Boşanmış biri normal məsləhət verə bilməz"
- Ermənistan ordusu hərəkətləndi: hara gedir? – VİDEO
- Azərbaycanın narahatlığına Türkiyə nöqtə qoydu
- AAYDA məhkəməni uduzdu: Qəzalı yola görə sürücüyə cərimə ödəyəcək
- Makqreqorun İrlandiya prezidenti olmaq şansları qiymətləndirildi