Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı yenidən artmağa başlayıb. Bu ilin ilk ayında ölkəmizə 165,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz çox tursit gəlib. Gələnlərin 27,5 faizi Rusiya, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır.
BUTA.TV xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
O vurğulayıb ki, turistlərin mənşə coğrafiyasında dəyişiklik davam edir:
“Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9 dəfə, Qırğızıstandan 3,4 dəfə, Bəhreyndən 2,7 dəfə, Səudiyyə Ərəbistanından 2,7 dəfə, Hindistandan 2,5 dəfə, Omandan 2,4 dəfə, Özbəkistandan 2,4 dəfə, Tacikistandan 2,3 dəfə, Qazaxıstandan 2,3 dəfə, Filippindən 1,8 dəfə, İtaliyadan 1,7 dəfə, İspaniyadan 1,7 dəfə, Türkmənistandan 1,7 dəfə, Küveytdən 1,6 dəfə, Cənubi Koreyadan 1,6 dəfə, İordaniyadan 1,6 dəfə artıb.
Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin İLGİNC TƏFƏRRÜATI
Digər diqqəti çəkən məqam 2 illik azalmadan sonra yenidən Körfəz ölkələrindən gələnlərin sayının artmasıdır. 2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 faiz artaraq 61,3 min nəfər, AB ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub. Ərəb ölkələrdən gələnlərin sayının artması mövsümi faktorlar ilə bağlı olsa da, o regiondan ölkəmizin turizm imkanlarına yenidən marağın artması müşahidə edilməkdədir”.
- Arakçının İrəvan səfərində Türkiyə və ABŞ hədəfi
- Azərbaycanda həkim faciəli şəkildə öldü - FOTO
- Bakıdan İrəvana: Bu imkanı əldən vermə!
- Azərbaycanlılara qarşı “kürd ssenarisi”: Pezeşkian da gəldi
- Əgər xalq mənim qərarıma qarşı çıxarsa... - Paşinyan
- Broyler toyuqları sağalmaz xəstəliyə, sonsuzluğa, cinsi zəifliyə səbəb olur?
- Razılığa gəlmişik, yalnız imzalamaq qalır - Rubinyan
- Minsk Qrupunun ləğvini müzakirə etməyə hazırıq - Nikol