Uzunmüddətli korona zəka geriliyinə səbəb olur

01:58 - 2 Mart 2024 - SAĞLAMLIQ

 Uzunmüddətli korona zəka geriliyinə səbəb olur

Uzunmüddətli COVİD-dən əziyyət çəkən insanlarda sonradan üzə çıxan bəzi əlavə təsirlər arasında idrak qabiliyyətinin və zəkanın azalmasının da olduğu müəyyən edilib.

BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, COVİD-19-dan sonra uzun müddət fərqli simptomlarla özünü göstərən “Long Covid” kimi tanınan xəstəliklə bağlı yeni araşdırma aparılıb.

112 mindən çox insanın məlumatları araşdırılıb. Tədqiqat iştirakçılarının zəka, diqqət və səbəb-nəticə əlaqəsi qurma bacarığı kimi beyin qabiliyyətləri ölçülüb. Məlum olub ki, “Long Covid” xəstələrinin intellekti azalır və onların IQ-da 6 ballıq azalma müşahidə edilir.

Nəticələrə görə, uzunmüddətli COVİD-ə yoluxan xəstələrin bəzilərində simptomlar 3 ay sonra yoxa çıxsa da, IQ-larında 3 ballıq azalma olub.

Bu xəbər hal-hazırda çox oxunur
Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!

Xəstəliyin simptomları 12 həftədən çox davam edənlərdə isə IQ azalması 6 bal olaraq müəyyənləşib. Ağır COVİD-19 keçirənlər və xəstəxanaya yerləşdirilməli olanlar üçün vəziyyət daha da pisdir. Məlum olub ki, şiddətli COVİD-19 keçirənlərdə IQ azalması 9 bala çatıb.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, dünyada ən azı 65 milyon insan hələ də uzunmüddətli COVİD ilə mübarizə aparır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol