Xamenei seçki rüsvayçılığını “əfsanəvi” adlandırdı

13:58 - 5 Mart 2024 - GÜNDƏM

 Xamenei seçki rüsvayçılığını “əfsanəvi” adlandırdı

Ali dini lider Xamenei xalqın seçkilərdəki iştirakını “əfsanəvi” adlandırıb.

BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata əsasən, 1 mart seçkilərini “İran xalqının cihadı” adlandıran Xamenei bildirib ki, ölkə düşmənləri xalqa mane olmağa və fikrindən daşındırma çalışsa da, buna nail ola bilməyib və iranlılar əfsanəvi hərəkət nümayiş etdirib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, səsvermə hüququ olanların 40 faizi, qeyri-rəsmi məlumatlara görə isə 25 faizi seçkilərdə iştirak edib. Bundan əvvəl Əli Xamenei bəzi ölkələrdə seçici fəallığının 40 faiz olmasını “biabırçılıq” adlandırmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol