Korrupsiyada, eləcə də Misir və Qətərə agentlik etməkdə ittiham olunan Nyu Cersinin ermənipərəst senatoru Robert Menendez ədalət mühakiməsinə mane olmaqda ittiham olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Nyu York Məhkəməsinin məlumat bazasında dərc edilən rəydə deyilir.
Rəyə görə, senatora və onun arvadına qarşı əvvəllər irəli sürülən ittihamlara ədalət mühakiməsinə mane olmaq üçün yeni plan hazırlamaq ittihamı da əlavə edilib.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında senatora və onun erməni əsilli arvadına qarşı korrupsioner sövdələşmələrdə iştirak və yüz minlərlə dollar rüşvət almaları ilə bağlı ittihamlar irəli sürülüb.
- Naxçıvan əhalisi ilə bağlı maraqlı statistika
- Attestasiyadan narazı olanlara - Nazirlikdən cavab
- Şəmsi Səmədzadə həbsdən azad olundu
- Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi
- Lerikdə əməliyyat: saxlanılan var
- Yeni ekspres marşrut fəaliyyətə başlayır: Gediş haqqı...
- Toplum TV işi: Onlara hökm oxundu
- “Toplum TV” işi üzrə hökm oxundu - 12 ildən 15 ilə kimi