Zelenskaya Baydenin dəvətindən imtina etdi - Şok səbəb

12:24 - 6 Mart 2024 - GÜNDƏM

 Zelenskaya Baydenin dəvətindən imtina etdi - Şok səbəb

Ukrayna Prezidenti Vladimir Zelenskinin arvadı Yelena Zelenskaya ABŞ Prezidenti Co Baydenin Konqresdəki çıxışında iştirak etmək üçün Ağ Evdən gələn dəvətdən imtina edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Vaşinqton Post” öz mənbələrinə istinadən məlumat yayıb.

“Tədbir martın 7-də keçiriləcək. Ukraynanın imtinasına səbəb bu tədbirdə Aleksey Navalnının dul arvadı Yuliya Navalnayanın mümkün iştirakı olub”, - məlumatda deyilir.

Mənbələr əlavə edib ki, Baydenin Konqresə müraciətinin təşkilatçıları ABŞ-ın birinci xanımı Cill Baydenin Navalnaya və Zelenskayanın yanında oturmasını planlaşdırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol