Məkkə sazişinə yeni ölkələr qoşulacaq - İshaq Dar
Altıdan çox ölkə Məkkə Müdafiə Alyansına qoşulmaqda maraqlı olduğunu bildirib.
Azar.az xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri İshaq Dar deyib.
“Həmin ölkələrin adları hələlik açıqlamırıq. Bununla belə, saziş tam fəaliyyətə başladıqdan sonra yeni üzvlər qoşula biləcəklər.
Bu proses azı bir il vaxt apara bilər. Sazişin özü digər ölkələrin də qoşulmasına imkan verir. Bunun üçün həmin ölkələr alyansın mövcud üzvləri tərəfindən müəyyən edilmiş prinsiplərə riayət etməlidirlər”, - o bildirib.
Qeyd edək ki, Məkkə Müdafiə Alyansı Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı tərəfindən təsis edilib. Sazişə əsasən, üzv ölkələrdən hər hansı birinə edilən hücum onların hamısına edilmiş hücum kimi qiymətləndiriləcək.
Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu