Dünən axşam saatlarında Abşeron rayonu Masazır qəsəbəsində 4 avtomobil yanıb.

“BUTA.TV” xəbər verir ki, hadisə “Yeni Bakı” yaşayış kompleksinin həyətində baş verib.

Həyətdə park edilən avtomobillərdən birinin alovlanması nəticəsində digər maşınlara da yanğın keçib. Nəticədə, 3 avtomobil tamamilə yanıb, biri isə qismən yanaraq yararsız hala düşüb.

Hadisə yerinə müvafiq qurumların nümayəndələri gəlib. Araşdırma aparılır.

Daha ətraflı BTV-nin süjetində:

Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - Video Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - Video