Kubada üçqat Olimpiya çempionu, əfsanəvi boksçu Feliks Savonun zibil qutusu yaxınlığında yemək axtardığını əks etdirən video yayılıb.

“BUTA.TV” xəbər verir ki, görüntüdə avtomobildən çəkiliş aparan şəxsin sualına cavab verən kişi “Yemək yığıram. Yeməyə bir şeylər” deyib.

Video ertəsi gün bir milyondan çox baxış toplayıb.

Daha sonra kubalı komediyaçı Limay Blanko keçmiş boksçu ilə görüşünü əks etdirən video yayımlayıb. O, Savona spagetti, düyü, yağ, quru süd, lobya və toyuq əti olan qutu, həmçinin pul verib. Onlar qucaqlaşıblar.

“Bilirəm ki, bir çox insanın bu video xoşuna gəlməyəcək, amma mən bunu xristianlıq naminə edirəm. Bu insanın keçmişdə nə etməsindən asılı olmayaraq, ona kömək edin və həyatınıza davam edin”, - Blanko paylaşımında yazıb.

Qeyd edək ki, 59 yaşlı Feliks Savon 1992-ci ildə Barselonada, 1996-cı ildə Atlantada və 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin 1986-1997-ci illərdə altı dəfə dünya çempionu olub.

Savon 2018-ci ildə 12 yaşlı oğlanla bağlı cinsi zorakılıq iddiası üzrə həbs edilib. Media onun təxminən 11 il müddətinə azadlıqdan məhrum edildiyini yazsa da, Kuba rəsmiləri məhkəmə qərarının təfərrüatını açıqlamayıblar. Keçmiş boksçu təxminən altı il həbsdə qaldıqdan sonra 2024-cü ilin sonunda şərti azadlığa buraxılıb.

Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video