Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində qardaş ölkənin müdafiə sənayesi kompleksinə daxil olan “Baykar” şirkətinin texniki direktoru cənab Səlcuq Bayraqdar ilə görüşüb.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi, hərbi texniki sahədə də uğurla inkişaf etdiyi vurğulanıb, cari əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Sonda tərəflər arasında birgə tədqiqat, inkişaf və istehsalata dair əməkdaşlıq müqaviləsi imzalanıb.
- Atasının başını yarıb, qızını qaçırdılar...
- Bu rayonda yasda ehsan verilməsi ləğv edildi
- Sərhədlərin açılması üçün bütün ssenarilərə hazırıq - Akopyan
- Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama
- ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var?
- Azərbaycanda qırıcı sayı Ermənistandan 10 dəfə çoxdur - Forbes
- Ən uğurlu insanlar bu tarixlərdə doğulur
- Tikini bazarında vəziyyət: Bu məhsullar ucuzlaşdı