“Eqologiya” qadının təmizliyi, kişilərin səliqəsidir. Onu yaradan insanların özüdür. Əgər biz təmizkar olsaq, qara paltarı yuyub suyunda ağ paltar yumasaq “eqologiya” əladır. O, Söylüdür: hər şeydən, hər kəsdən fərqlənən təmiz obrazdır”. Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı verilişlərin birində deyib. Aktrisa məşhur “Bəxt üzüyü” filmindəki Söylü obrazından danışıb:
“Ərini dahi hesab edən, xoşbəxtlik qafiyəsini tapa bilməyən, bununla da Söylünü xoşbəxt edən. Çünki xoşbəxtliyə qafiyə tapılsa, Söylü və bir çox ailələr olmazdı. Xoşbəxtliyin qafiyəsi yaxşı deyil. O da özünü Moşunun arvadı sayırsa və onu dahi Füzuli, Nizami ilə bir tutursa, demək Söylü təmiz adamdır. Çünki indi ərinə bu qədər vəfalı, təmiz, sevgili qadınlar çox azdır”
- Dəniz Əsədova hakim qarşısında - Foto
- Sabah 2 rayonda qaz olmayacaq
- Nazirlik hərbi hissələrdə odundan imtina edir
- ABŞ İsraildən İrana hücum etməməsini istədi
- AYNA-nın “tender əməliyyatları” - 28,9 milyonluq satınalmada qaranlıq məqamlar
- Məhkəmədən “Qurtuluş”un rəhbəri barədə qərar
- Bakı-Ağdam qatar bileti artıq 7 günlük səfər icazəsi verir
- Qəhrəmanmaraşda “Azərbaycan məhəlləsi”nin tikintisi tamamlandı