Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 2809 imtiyazlı şəxs yollayışla təmin olunaraq sanator-kurort və müalicə mərkəzlərinə yola salınıb.
BUTA.TV xəbər verir ki, həmin şəxslər əlilliyi olan şəxslər və şəhid ailələrinin üzvlərindən ibarət olub.
Yollayışla təmin edilən uşaqlar həmin mərkəzlərə valideynlərindən birinin müşayiəti ilə yola salınıblar. Qeyd edilən imtiyazlı şəxslər respublikamızın müxtəlif ərazilərində yerləşən sanatoriya-kurort və müalicə mərkəzlərində xəstəliklərinə uyğun müalicə kursu keçiblər.
- Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb
- Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırıldı
- Elman Abdullayev UNESKO-dan geri çağırıldı
- Sabah 39 dərəcə isti olacaq
- AZCON-a yeni səlahiyyət verildi
- Prezident Bəxtiyar Aslanbəylini təltif etdi
- Prezident fərman imzaladı
- 2800-dən çox imtiyazlı şəxs müalicə mərkəzlərinə yola salındı