Xəstələnməmək və damarları qorumaq üçün C vitamini lazımdır. O isə limon və bolqar bibərində çoxdur.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, həkim Nataliya Denisova profilaktika üçün gündə azı 1 ədəd bolqar bibəri yeməyi tövsiyə edib.
“Bu tərəvəz orqanizmi bakterial və virus infeksiyalarına qarşı dözümlü edir. Bibərdə olan C və PP vitamini damarların vəziyyətini yaxşılaşdırır. Orqanizmdə askorbin turşusunun çatışmazlığı yorğunluğa səbəb olur, immuniteti zəiflədir, damarları partladır, yaralar gec sağalır.
100 qram bibərdə sutkalıq norma var. Bolqar bibəri kaliylə də zəngindir. O, su-duz balansını tənzimləyir. Bibər yeyənlərin təzyiqi də stabilləşir. Normada günə 1, hətta yarım bibər yemək kifayətdir. Hətta qışda istixana bibərində də C vitamini var. Bibəri sobada bişirəndə C vitamini parçalansa da, likopin və beta karotinlər artır.
Bunlar da iltihab və xərçəngə qarşıdır”, - N.Denisova qeyd edib.
- Rövşən Pənahlı da işdən çıxarıldı
- Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı
- Trenddən düşməyən “nihilist pinqvin”lə bağlı izah - Video
- Vahid Ələkbərovun sərvəti açıqlandı
- Azərbaycanda 67 yaşlı general özünə toy etdi
- Bitkoin kəskin ucuzlaşdı
- Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar
- Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ