Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun Gürcüstana səfəri iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə əlaqəli olsa da, bu, həm də rəsmi Bakının Tiflisin siyasətiylə bağlı bir neçə suala cavab axtarışıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu TŞ katibi Ramil Usubovun Gürcüstana səfəri haqda bildirib. Onun sözlərinə görə, Gürcüstan Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı, bir müddət əvvəl Ermənistanla strateji tərəfdaşlıq barədə saziş imzalayıb:
“Bu, Gürcüstanın hüququdur, qonşu dövlətlərlə sıx əlaqələrə malik olmaq istəyir. Buna baxmayaraq, Gürcüstanın Ermənistanla strateji tərəfdaşlığın mahiyyətini öyrənməyə ehtiyac var. Misal üçün erməni rəsmilər Gürcüstanla hərbi-texniki əlaqələrin inkişafının vacibliyi barədə açıqlamalar səsləndiriblər. Bu nə deməkdir? Axı Gürcüstan hərbi sahədə NATO ilə əməkdaşlığa, o cümlədən Azərbaycan və Türkiyə ilə üçlü ittifaq çərçivəsində əlaqələrə üstünlük verir. Doğrudur, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşır və bu, hardasa, Gürcüstanın da maraqlarına cavab verir. Ancaq bu hələ baş verməyib və Gürcüstan ərazilərini işğal edən Rusiya Ermənistanda hərbi baza varlığını davam etdirir.
Azərbaycan cəmiyyətində müzakirə edilən digər sual rəsmi Tiflisin Fransanın növbəti hərbi texnikasının Gürcüstan ərazisindən daşınmasına şərait yaradıb-yaratmayacağıyla bağlıdır. Tiflis bu dəfə də Fransa hərbi texnikasının Gürcüstan ərazisindən daşınmasına şərait yaratsa, bu, Azərbaycan cəmiyyətində yeni suallar yaradacaq. Bu səbəbdən Ramil Usubovun Gürcüstana səfəri və Tiflisdə apardığı müzakirələr həm nəbz yoxlaması, həm də qonşu ölkəni yanlış addımdan çəkindirmək məqsədi daşıyır”.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Qeyri-çimərlik ərazilərdə 40 nəfərin meyiti çıxarıldı
- Xırdalanda ər-arvad bir-birini bıçaqladı - İkisi də öldü
- FHN-in növbəti yanğın-taktiki təlimi - Foto
- Öncə arvadını sonra özünü bıçaqladı - Kişi öldü, qadın sağdır
- Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri oldu - Yenilənib
- “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...”
- Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
- İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı