"Hansı verilişin həyatda qalmasını istəyirsinizsə, ona baxın. Baxmasanız, veriliş ömrünü tapşıracaq. Allah eləməsin insan onu istəyənlərin gözündən düşsün. Burada kartları açıq şəkildə deyirəm. Verilişin ömrünü uzadan, qısaldan tamaşaçıdır".\
BUTA.TV xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O, tənqidlərə belə reaksiya verib: "Hansı verilişi istəmirsinizsə, baxmayın. Biz də görəcəyik baxan yoxdur, bağlayacağıq. Əvvəl bilinmirdi kim hansı verilişə baxır? İndi amma müəyyən şirkətlər, sosial şəbəkələr bunu göstərir. Biz də çalışırıq verilişimiz vasitəsi ilə bilmədiyiniz nüanslarla tanış olasınız. Hərə bir dərs götürür. Mən də bu verilişdən dərs almışam".
Qeyd edək ki, bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.
Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı