Martın 20-də ABŞ-nin Federal Ehtiyatlar Sisteminin (FED) Pul Siyasəti Komitəsinin iclası keçiriləcək.
BUTA.TV xarici mediaya istinadən bildirir ki, iclasda dolların mart ayı üzrə faizi ilə bağlı qərar veriləcək. İqtisadçılara görə, FED-in 2024-cü ilin ilk yarısında faiz endiriminə başlaya bilmə ehtimalı zəifləyib. Çünki həftə ərzində ABŞ-da açıqlanan həm istehlakçı, həm də istehsalçı inflyasiyası proqnozları aşıb.
İclasda faiz dərəcəsinin sabit saxlanılacağı ehtimal edilir. FED-in faizləri may ayında azaltmağa başlaması ehtimal 7%, iyun ayında isə 59% olaraq dəyərləndirilib.
Qeyd edək ki, bu ilin ilk faiz qərarı yanvarda açıqlanıb və faiz dərəcəsini 23 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50% səviyyəsində sabit saxlanılıb.
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı
- Almaniya möhtəşəm geridönüşlə pley-off-da - Video-Yenilənib
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir