Biznes-ledi Ruhiyyə Əliyevanın (Ruhi) növbəti parlament seçkilərində deputatlığa namizədliyini verəcəyi barədə iddialar ortaya atılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Tovuzdan olan fəallar sosial şəbəkə hesablarında məlumat veriblər. Onların sözlərinə görə, Ruhi Əliyeva 105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürəcək. Mərhum Qənirə Paşayevanın yerinə millət vəkili seçiləcəyi deyilən R.Əliyeva artıq Tovuz rayonunun sakinləri ilə əlaqələri genişləndirir, ehtiyacı olanlara yardımlar edir. Onun ehtiyacı olanlara sovqat paylaması barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məlumatlara görə, tanınmış biznes-ledi artıq özünün seçki qərargahını formalaşdırmağa başlayıb. Əslən Tovuzdan olan çoxlu sayda tanınmış ictimai-siyasi xadimin, iş adamının növbəti parlament seçkilərində Ruhiyyə Əliyevanın namizədliyini dəstəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, 1977-ci ildə Tovuzun Aşağı Eyyublu kəndində dünyaya göz açan Ruhi Əliyeva YAP Qadınlar Şurasının üzvü, “Liatris Holding”in rəhbəridir.
Ruhiyyə Əliyevanın seçicilərlə ilk təması kimi qiymətləndirilən həmin görüntüləri təqdim edirik:
***
Xəbərə münasibət bildirən “Liatris Holding”in direktor müavini Tural Müseyibov deyib ki, R.Əliyevanın millət vəkili seçilməsi üçün görüşlər keçirməsi ilə bağlı yayılan məlumatın əsası yoxdur:
“Millət vəkili olmaq istəyi qəbahət deyil - amma Ruhiyyə Əliyeva deputat olmaq istəmir. Bu birmənalıdır.
Əyyublu kəndində ilk olaraq ehtiyacı olan ailələrlə keçirilən görüş isə ilk dəfə deyil. Bu hər bayramda Ruhiyyə Əliyevanın rəhbərliyi ilə ənənəvi olaraq atılan bir addımdır. Bu dəfə isə Ramazan ayı və qarşıdan gələn Novruz bayramı münasibətilə belə bir tədbir görüldü, ailələr sevindi.
Ailələrə verilən pay yox, sadəcə Ruhiyyə xanımın salamlaşması insanlar tərəfindən telefonla çəkilib paylaşıldı. Həssas ailələrə bayram payında nə olması isə ümumiyyətlə paylaşılmayıb və bu mümkünsüzdür.
Daha sonra isə Əyyublu kəndində təqaüddə olan müəllimlərlə, ziyalılarla, yüksək bal toplayan məzunlar və şagirdlərlə görüş oldu. Onların sevincinə səbəb ola biləcək çox mühüm vacib işlərə imza atıldı.
Millət vəkili olaraq bəlkə də daha az iş görə bilər Ruhiyyə Əliyeva, nəinki iş adamı olaraq. Haqq dünyasına qovuşan Qənirə xanım isə hələ xəstəxanaya yerləşdirilməzdən öncə Ruhiyyə xanımdan 3 nəfərin xahişini etmişdi. Hər zaman olduğu kimi Ruhiyyə Əliyeva da onlara dəstək oldu.
Millət vəkilləri çox zaman iş adamlarına müraciət edirlər. Ruhiyyə Əliyevanın da bu sahədə fəaliyyəti bəllidir. Dəstəyi də, köməyi də, istəyi də.
Bir də iş adamının bütün istəklərə cavab verəcəyi deyilən bir məcburiyyəti də yoxdur. Adam şəxsi büdcəsindən xərcləyir və onu kimsə məcbur edə bilməz. İnsanları xeyir əməldən də çəkindirmək olmaz”.
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi