Martın 24-də Yerdə çox güclü maqnit qasırğası müşahidə olunur.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun (TGİ) kosmik hava durumu monitorinqi bildirib.
“Maqnit qasırğası davam edir”, – TGİ diqqətə çatdırıb.
Yerin maqnit sahəsindəki sapma indi G4 səviyyəsinə çatıb (bu, beş indikatorlu monitorinq şkalasında “çox güclü” deməkdir, G5 “son dərəcə güclü”, G1 isə “zəif”dir).
Bu səviyyədəki maqnit qasırğası Yer kürəsində rabitəyə ciddi müdaxilələrlə yanaşı, radiorabitələrdə ciddi pozuntular, habelə peyk və radiotezlik naviqasiyasında bir neçə saatlıq fasilələrə yol aça bilər.
- Dəqiqədə 700 min dollardan çox qazanıblar…
- Xəstəxananın damında “Əzrail” peyda oldu - Foto
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
- Uşaqlar üçün internetdə yeni dövr başlayır
- Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
- Poverbankla bağlı xəbərdarlıq: Bu hallarda təhlükəlidir - Video
- “Qarabağ” Bakıya məğlub qayıdır - Video-Yenilənib