Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda

11:10 - 6 Avqust 2026 - DÜNYA

 Bunu etsək, Moskva və Piterdə ayılar gəzəcək - Dunda

Əgər Ukrayna noyabr–dekabr aylarında Rusiyanın qaz kompressor stansiyalarına zərbələr endirərsə, yanvar ayından etibarən Moskva və Sankt-Peterburqda yaşamaq demək olar ki, mümkünsüz olacaq.

BUTA.TV xəbər verir ki, bu sözləri ukraynalı deputat Oleq Dunda deyib. "Rusiyada elektrik enerjisi istehsalının təxminən 40 faizi təbii qazın yandırılması hesabınadır. Faktiki olaraq Rusiyanın Avropa hissəsinin bütün həyati fəaliyyəti birbaşa qazdan asılıdır. Milyonlarla əhalisi olan şəhərlərə Urengoy və Yamaldan qazın çatdırılması magistral qaz kəmərləri vasitəsilə həyata keçirilir", – deyə o bildirib.

Dundanın sözlərinə görə, bu magistral qaz kəmərlərinin fəaliyyəti əsasən bir-birindən təxminən 120–150 kilometr məsafədə yerləşən kompressor stansiyalarından asılıdır və həmin stansiyalar zərbələrə qarşı kifayət qədər həssasdırlar:

"Noyabr və ya dekabr aylarında hazırda “Wildberries” obyektlərinə endirdiyimizə bənzər zərbələr qaz kompressor stansiyalarına endirilməyə başlasa, faktiki olaraq yanvar ayında Moskva və Sankt-Peterburqda ayılar gəzəcək. Çünki orada yaşamaq demək olar ki, mümkünsüz olacaq. Bu, Rusiyanın müharibədəki vəziyyətini köklü şəkildə dəyişə və onun tam məğlubiyyətinə gətirib çıxara biləcək kritik nöqtədir".

Bu xəbər hal-hazırda çox oxunur
Nigar Fərhadın əri həbs edildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol