Gəncədə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
“BUTA.TV” xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb.
Məlumata görə, bir neçə nəfər arasında yaranan mübahisə daha sonra kütləvi davaya çevrilib.
İnsident zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov bıçaq xəsarəti alaraq ölüb.
Dava zamanı 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı da yaralanıb. Onlar tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğu və Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.
***
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 04:30 radələrində xəsarət alması səbəbilə 3 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1983-cü il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb”.
Yunis Quliyev
- Ceyhun Bayramov Kiyevdə - Foto
- Gəncədə restoran qarşısında kütləvi dava: ölən var
- Canlı yayım zamanı güllələnərək öldürüldü - Video
- Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib
- Atasının pensiyasını almaq üçün meyitini illərlə dondurucuda gizlətdi
- 18 yaşında universitet professoru oldu - 306 illik rekord
- DİM sədrindən çağırış: Düzgün məlumatı...
- Bank kartları ilə bağlı məhdudiyyətlər qüvvəyə mindi