Yunanıstanda 55 yaşlı kişi atasının meyitini illərlə dondurucuda gizlədib onun təqaüdünü almağa davam etməkdə şübhəli bilinərək həbs edilib.
“BUTA.TV” xəbər verir ki, Yunanıstan polisinin məlumatına görə, hadisə Peloponnes yarımadasında, Sparta yaxınlığındakı Mistra kəndində qeydə alınıb.
Sakinlərin 90 yaşlı təqaüdçü müəllimdən uzun müddətdir xəbər ala bilmədiklərini bildirməsindən sonra hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
Axtarış zamanı yaşlı kişinin meyiti ailəyə məxsus istifadəsiz hotelin zirzəmisində yerləşən dondurucuda aşkar edilib.
İstintaqın ilkin nəticələrinə əsasən, saxlanılan şəxs atasının təxminən iki il yarım əvvəl öldüyünü və meyiti dondurucuya yerləşdirdiyini etiraf edib. Yerli sakinlər isə təqaüdçü müəllimi ən azı dörd ildir görmədiklərini bildiriblər.
Polis 90 yaşlı kişinin təbii səbəblərdən öldüyünü, hadisə ilə bağlı qətl şübhəsinin olmadığını açıqlayıb. Ölümün dəqiq səbəbi meyitin ekspertizasından sonra müəyyənləşdiriləcək.
55 yaşlı şəxs atasının təqaüdünü almağa davam etmək məqsədilə dələduzluq etmək, yalan ifadə vermək və evində pnevmatik silah aşkar edildiyi üçün silah qanunvericiliyini pozmaq maddələri ilə ittiham olunur.
- Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı
- Atasının pensiyasını almaq üçün meyitini illərlə dondurucuda gizlətdi
- 18 yaşında universitet professoru oldu - 306 illik rekord
- DİM sədrindən çağırış: Düzgün məlumatı...
- Bank kartları ilə bağlı məhdudiyyətlər qüvvəyə mindi
- Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşdü
- “Görür ki, 18 manatdır, çolpa budu alıb gedir” - Video
- “Sabah” ÇL-də ilk məğlubiyyətini aldı - Video-Yenilənib