Qurban Qurbanov baş məşqçi kimi 10-cu dəfə Azərbaycan çempionu tituluna yiyələnib.
BUTA.TV xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, bütün titulları “Qarabağ”ın “sükanı arxasında" qazanan 52 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib.
O, bu çempionluqları son 11 ildə qazanıb. 10-cu – yubiley zəfər Azərbaycan Premyer Liqasının XXVIII turunun “Kəpəz”lə səfər oyununda (6:1) əldə edilib.
Qurbanov bunadək 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı olub.
İkinci sıradakı Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993, 1999/2000, 2000/2001, 2004/2005, 2006/2007. Kazbek Tuayev (1993/1994, 1995/1996, 1996/1997, 2003/2004) dörd, Mehman Allahverdiyev (1994/1995, 1997/1998, 1998/1999) və Böyükağa Hacıyev (2005/06, 2011/12, 2012/13) hərəyə üç dəfə çempionluq sevinci yaşayıblar.
Belə uğuru olan 11 məşqçidən altısı yalnız bir dəfə qızıl medala yiyələnib. Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/2008, Qyoko Hacıyevski 2008/2009, Kaxaber Sxadadze 2009/2010, Arif Əsədov 2010/2011 və Samir Abasov 2020/2021 mövsümündə buna nail olublar.
- Gürcüstanda enerji böhranı: Bakı-Tiflis qatarı da yolda qaldı
- Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
- Onların həyatı təhlükədə: Hər an ölüm baş verə bilər...
- Bu universitet bağlanır? - Tələbələr narahatdır+Video
- “Mersedes” körpüdən aşdı, keçidə düşdü: 2 nəfər... - Video
- "Şuşa şəhərciyi"ndə "Al Market" yanır - Foto
- “Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub” - Vado Korovin
- Çimərliyə getmək istəyənlərin nəzərinə!