Silahlı “Ceyş əl-Ədl” təşkilatı Sistan və Bəlucistan əyalətinin 3 şəhərində SEPAH və polis məntəqələrinə hücumla bağlı bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, bəyanat təşkilatın sosial media kanalında dərc edilib.
Təşkilat İran rəsmilərinin öldürülən SEPAH və polis üzvləri ilə bağlı yaydığı məlumatın həqiqəti əks etdirmədiyini, 200 hökumət məmurunun öldürüldüyünü iddia edib:
“Daxili işlər nazirinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavininin hərbi qüvvələrinin itkiləri ilə bağlı iddiası gülüncdür. “Ceyş əl-Ədl” təşkilatının tərəfdarları ilə hökumət qüvvələri arasında 4 bölgədə baş verən qarşıdurma zamanı hökumətin 6 orqan və hərbi təşkilatının azı 200 qüvvəsi öldürülüb”, - bəyanatda bildirilib.
“Sarkisyan və Koçaryan Azərbaycana təhvil verilə bilər, bir şərtlə ki...”
“Ceyş əl-Ədl” hazırda qarşıdurmanın davam etdiyini yazıb.
Qeyd edək ki, İran Daxili İşlər Nazirliyi yaydığı bəyanatda 5 hökumət məmurunun öldürüldüyünü, 10 məmurun yaralandığını və 15 terrorçunun zərərsizləşdiridiyini elan edib.
- Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
- 146 zərbə ilə öldürülən Arzunun anası Türkiyəyə getdi - Kürəkəninə ağır cəza tələb etdi
- Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
- “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
- “Təyyarənin şəxsi olduğunu iddia edənlər dövlətə müraciət etsinlər”
- Nazir özünə yeni müşavir təyin etdi
- Bu atları saxlayanlara 1000 manat veriləcək
- Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama