Arvadının cəsədini 200-dən çox parçaya bölən britaniyalı ömürlük həbs cəzasına məhkum olunub.
BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, Nikolas Metson 2023-cü ilin martında həyat yoldaşı, 26 yaşlı Holli Bramlini qətlə yetirdiyini etiraf etmişdi. O, arvadına azı dörd bıçaq zərbəsi endirib, daha sonra onun bədənini 200-dən çox parçaya ayırıb.
Nikolas Metson cəsədin parçalarını bir həftə Linkolndakı mənzilinin mətbəxində saxlayıb. Daha sonra onları çaya atmasına kömək etmək üçün dostuna 50 funt sterlinq ödəyib.
“Lincoln Crown Məhkəməsi”ndə Nikolas Metson ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, polis Holli Bramlinin cəsədinin 224-ə yaxın parçasını Vitham çayından tapsa da, lakin ürək kimi bəzi hissələrini tapmaq mümkün olmayıb.
Prokurorlar cütlüyün 2021-ci ildə evləndiyini, lakin Metson qətli törədən zaman ayrılmaq ərəfəsində olduqlarını bildirib. Qatil ərin telefonuna baxış zamanı polislər onun “Google”da “cəsəddən necə qurtulmaq olar”, “arvadım ölsə, sığortadan necə pul ala bilərəm”, “Allah qətli bağışlayarmı” kimi suallara cavab axtardığını aşkarlayıblar.
- Üçtərəfli Komissiya növbəti iclasını keçirdi
- Məzunları imtahanda ən yüksək nəticə göstərən ali məktəblər
- Ankarada Azərbaycan dilindən imtahan keçirildi
- Azərbaycanda işsizlik səviyyəsi çox aşağı həddə saxlanılır...
- Gömrük Komitəsinin İdarə rəisi işdən çıxarıldı - Foto
- Ağdamda əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi
- Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşdü
- Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəfat etdi