Rəfahda hərbi əməliyyata başlamaq üçün tarix artıq müəyyənləşib.
BUTA.TV xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.
"Bu gün mən Qahirədə aparılan danışıqlarla bağlı ətraflı hesabat aldım. Biz daim öz məqsədlərimizə nail olmaq üçün çalışırıq - ilk növbədə bütün girovlarımızı azad etmək və HƏMAS üzərində tam qələbəyə nail olmaq. Bu qələbə üçün Rəfaha daxil olmaq və oradakı terrorçu batalyonları məhv etmək lazımdır. Bu baş verəcək, bir tarix var", - baş nazir söyləyib.
Netanyahu əməliyyatın konkret tarixini açıqlamayıb.
- Dəqiqədə 700 min dollardan çox qazanıblar…
- Xəstəxananın damında “Əzrail” peyda oldu - Foto
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
- Uşaqlar üçün internetdə yeni dövr başlayır
- Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
- Poverbankla bağlı xəbərdarlıq: Bu hallarda təhlükəlidir - Video
- “Qarabağ” Bakıya məğlub qayıdır - Video-Yenilənib