ABŞ-ın 2018-ci ildə nüvə sazişindən çıxmasından sonra İran nüvə silahı hazırlamağa daha da yaxınlaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Vaşinqton Post” rəsmi şəxslərə və məxfi sənədlərə istinadən məlumat yayıb.
"Tehran hazırda ən azı üç atom bombası üçün kifayət qədər zənginləşdirilmiş uran ehtiyatına malikdir və onun yaradılması bir neçə gündən bir neçə həftəyə qədər vaxt apara bilər. Primitiv nüvə bombasına əsaslanan raket üçün döyüş başlığının yaradılması iki və ya daha çox il çəkə bilər. İran bu məqsədə doğru aşkar addımlar atmadan atom silahı yaratmaq üçün lazımi vəsait toplayır", - mənbə bildirib.
Qeyd olunur ki, nüvə sazişinin iflası MAQATE-nin İranın nüvə fəaliyyətlərini izləmək və nüvə silahının gizli inkişafı ilə bağlı məlumatları araşdırmaq imkanlarını kəskin şəkildə məhdudlaşdırıb:
"Tehranın bu cür silahların yaradılmasında uğuru Yaxın Şərqdə silahlanma yarışından tutmuş, gələcəkdə bütün regiona yayıla biləcək İran və İsrail arasında birbaşa silahlı münaqişəyə qədər bir sıra nəticələrə gətirib çıxaracaq. ABŞ-ın nüvə sazişindən çıxmasından 6 il sonra İran zənginləşdirilmiş uranın miqdarına dair razılaşmanın tətbiq etdiyi bütün məhdudiyyətlərdən yan keçə bilib.
Tehran qismən Rusiyanın dəstəyi sayəsində Qərblə qarşıdurmada özünü çox rahat hiss edir”.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video