İsrail ordusu İranın PUA və raketlərinin 99%-ni zərərsizləşdirib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. Məlumata görə, İranın göndərdiyi 185 PUA-nın heç biri İsrailə çatmayıb.
Bildirilib ki, İran ordusu dünənki əməliyyat zamanı İsrailə 36 qanadlı raket və 110 ədəd “yer-yer” tipli ballistik raket atıb.
“İranın PUA və qanadlı raketləri İsrailə çata bilmədi və zərərin əsas hissəsi hava hücumundan müdafiəni aşmış bir neçə ballistik raket tərəfindən olub”, - məlumatda qeyd olunub.
İsrail ordusunun sözçüsü Daniel Haqarinin məlumatına görə, zərbələr zamanı Nevatim aviabazasına cüzi ziyan dəyib.
İsrailin Beer-Şeba xəstəxanası onlara 11 yaralının gətirildiyini bildirib.
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir
- İran Hörmüzü bağladı
- Azərbaycana turist axını azaldı
- Çıxarış olmadan mənzil alanlara - Xəbərdarlıq