Azərbaycanda dəhşətli cinayətlə bağlı məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 14 yaşına çatmamış öz doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 1971-ci il təvəllüdlü Samir Məmmədova (ad-soyad şərtidir) 16 il həbs cəzası verilib.
Məlum olub ki, Samir 2009-cu il təvəllüdlü qızı Naziləyə (ad şərtidir) 2020-ci ildən 2023-cü ilədək seksual xarakterli, əxlaqsız hərəkətlər edib. Bundan başqa, qızına pornoqrafik videolar göstərərək eynisini ondan tələb edib.
Yeniyetmə isə bu durumu heç kimə açıqlaya bilməyib. Belə ki, Nazilə ona heç kimin inanmayacağını düşünüb. Atasının əxlaqsız davranışlarından təngə gələn yeniyetmə, özünü sübut etmək üçün sonda valideyninin səsini telefona yazıb. Daha sonra isə səsyazmanı “WhatsApp”da anasına göndərib. Qızın anasının ilk müraciət etdiyi ünvan isə DİN-in “102” xidməti olub.
Bütün bunlara baxmayaraq, Nazilə məhkəmədə atasından şikayətçi olmadığını, onunla barışdığını bildirib və valideyninə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.
Məhkəməyə sədrlik edən Bilal Məmmədov isə qanuna uyğun davranaraq, məhkumun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin vacibliyi ilə bağlı qərar verib.
- Zəngəzur dəhlizi unikal marşrut olacaq... - Nazir
- Xocalıda talanlar bu tarixədək davam edib - Babayan
- Azərbaycanla əlaqələrimiz inkişaf edir - Rusiya
- Əliyev əllərini təcili dezinfeksiya etməlidir
- Bakıda qadın bıçaqla blogerin evinə gələrək onu hədələdi - FOTO
- Pekində görüş niyə alınmadı? - Əliyevin Putinlə görüş şərti...
- Telefonda icra başçısını təhqir etdi - Cəzalandırıldı
- “İnsana iş imkanı yaradılmalıdır ki, axşam uşağına çörək gətirə bilsin” - SİSTEM ÖZÜNÜ DOĞRULTMADI