“Cavanşir Məmmədovu əsəbləşdirib öldürdülər” - Tanınmış müğənni sirləri açdı

16:50 - 23 Aprel 2024 - MAQAZİN

 “Cavanşir Məmmədovu əsəbləşdirib öldürdülər” - Tanınmış müğənni sirləri açdı

Xəbər verdiyimiz kimi Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəbə olmuşdu. Ölümündən sonra da mərhumun verilişlərdə dediyi fikirlər sosial şəbəkələrdə yayımlanaraq müzakirələrə səbəb oldu. Bəziləri onun bu vəsiyyətinə əməl olunub-olunmadığı ilə maraqlandı. 

Məsələ ilə bağlı BUTA.TV-a danışan müğənni Xuraman Şuşalı Cavanşir Məmmədovun ölümünün onu sarsırtdığını bildirib: 

“Kimsə bir başqasının arxasınca danışırsa, onun günahlarını yuyur. Bir şəxsin arxasınca danışırsansa, onun eybini açırsansa, hansısa hərəkətini başqalarına deyirsənsə, onun günahlarını yumuş olursan. Hər kəs öz həyatına baxmalı və öz həyatını yaşamalıdır. 

Cavanşir Məmmədovun rəhmətə getməsi məni sarsırtdı. Mən Cavanşir müəllimi həmişə çalışan görmüşəm, daim ailə üçün işləyib. İnsan ailəsi, övladları üçün çalışır, heç kəs yalnız özünü düşünmür. Cavanşir müəllimin malı kimə qaldı ki, nə qədər çalışmışdısa, elə öz övladlarına qaldı, Allah sağlıqlarına qismət etsin... O, zəhmətkeş ata, ailə başçısı idi, ömür boyu çalışmışdı. Cavanşir müəllim efirlərə çıxmasaydı da normal həyatını yaşa biləcək biri idi. Onun ölümü məni silkələdi, anladım ki, hər danışılana cavab vermək, hər atılan daşa dönüb baxmaq lazım deyil. Mən başa düşdüm ki, əgər normal yaşamaq istəyirsənsə, tez ölmək istəmirsənsə, gərək hər şeyə reaksiya verməyəsən. Əsəb, stresslə uzun yaşamaq olmur. Mən özüm üçün nəticə çıxardım ki, hər çağırılan verilişə getmək, hər sualı cavablamaq lazım deyil. Mən özüm üçün bu nəticəni çıxardım və həyatımda da tətbiq edəcəyəm”. 

X.Şuşalı qeyd edib ki, son vaxtlar mərhum ifaçını tez-tez efirlərə çağıraraq ona qıcıqlandırıcı suallar verirdilər. O, həmkarının dediyi bəzi fikirlərin tamamilə yanlış anlaşıldığını deyib: 

“O insanın xroniki və ya sağalmaz xəstəliyi yox idi, sadəcə o qədər əsəb, stress keçirdi ki, özünü gərgin vəziyyətə saldı. Onu tanımayan yox idi, yəni heç efirlərə çıxmağına da gərək yox idi. Efirlərdə qıcıqlandırıcı sözlər deyirdilər, lazımsız suallar verib onu əsəbiləşdirirdilər. Hətta bir dəfə verilişlərin birində “İstəyirəm ki, həyat yoldaşımı mən basdırım” demişdi, sonradan bu kadrları paylaşıb müzakirə mövzusuna çevirdilər. Amma Cavanşir müəllim həmin sözü o mənada yox, tamam fərqli düşüncə ilə demişdi. Bir kişi olaraq istəmişdi ki, xanımı ondan sonra ortada qalmasın. Cavanşir Məmmədov hər aləmdə hörməti olan şəxs idi, istər “Vorovskoy” aləmdə, istərsə də belə özünə görə hörməti olan, hörmətini özü qazanan insan idi. 

Son vaxtlar bəzi verilişlər, saytlar, sosial şəbəkələr onu cəmiyyətə mənfi göstərməyə çalışırdı. Onun da yaşı az deyildi, istər-istəməz bu söz-söhbətlər onu əsəbiləşdirirdi.

Onun ölümünə çox pis oldum. Bir daha anladım ki, bu dünyada özün üçün yaşamalısan, kim nə dedi deyə daim düşünüb hər şeyə önəm verməməlisən. Özündə bu kimi düşüncələri “söndürməlisən”. Belə etməsən, əsəb, stress insana normal yaşamağa imkan vermir”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol