Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb.
BUTA.TV xəbər verir i, məhkəmə iclası Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Prosesdə mülki iddiaçı Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi "Abad Şəmkir" və "Şəmkir Səbət" MMC-nin sahibkarlıq müəssisələrinin üzərində yaranan borc iddialarının ödənildiyi üçün bu müəssisələrdən mülki iddianın və obyektlərdən həbsin götürülməsini xahiş edib.
Məhkəmədə bildirilib ki, 500 min manat ümumi borcun 185 min manatı ödənilib. Geridə qalan məbləğin ödənişinin isə aparıldığı qeyd edilib. Bunun müqabilində girov qoyulması vurğulanıb. Hakim mülki iddianı ləğv edib, sözügedən müəssisələrin üzərindən isə həbs qərarı qismən götürülüb.
Növbəti məhkəmə iclası mayın 23-nə təyin olunub.
Qeyd edək ki, prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək