Türkiyə Superliqasında 34-cü tura start verilib.
BUTA.TV xəbər verir ki, günün yeganə oyununda "Adana Dəmirspor" və "Qalatasaray" komandaları üz-üzə gəliblər. Görüş İstanbul nəhənginin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 53-cü dəqiqədə Hakim Ziyeş açıb. 64-cü dəqiqədə Kərim Dəmirbay fərqi iki topa çatdırıb. Matçın yekun nəticəsini 90+1-ci dəqiqəsində Mauro İkardi müəyyənləşdirib. Adana təmsilçisinin qapısını Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev qoruyub.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 93-ə çatdıran "Qalatasaray" liderliyini davam etdirir. "Fənərbağça" 86 xalla ikinci pillədə qərarlaşıb.
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var
- “Qarabağ” qolsuz bərabərliklə razılaşır - Video-Yenilənib
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır