Cəbrayılda mina partladı - Xəsarət alan var

20:53 - 23 İyul 2026 - GÜNDƏM

 Cəbrayılda mina partladı - Xəsarət alan var

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində 2026-cı il 23 iyul tarixində mina partlayışı hadisəsi baş verib.

BUTA.TV” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Bildirilib ki, 1979-cu il təvəllüdlü Cəbrayıl rayonu Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.

“Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu xəbər hal-hazırda çox oxunur
Şahin Şıxlinski ilə bağlı şok qərar

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!”, - deyə məlumatda qeyd edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol