Aprelin 28-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.
- Bu xəbərlərə də göz at
- "Kapital Bank"ın nağd kredit lotereyası: qaliblər bəlli oldu
- Rusiya Ukraynanı atəşkəsə məcbur edəcək - Akyar
- Zərifdən qəzaya şok reaksiya: Günahkar bu ölkədir!
- Azərbaycan Tayvanın müstəqilliyini tanımır
- Rəisinin helikopter qəzasının səbəbi - ABŞ kəşfiyyatı
- Rəisi bu şəhərdə dəfn olunacaq