Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb.
FHN-dən BUTA.TV-a verilən məlumata görə, aprelin 27-də yarımfinal oyununa çıxan Fövqəladə Hallar Nazirliyinin komandası Daxili İşlər Nazirliyinin komandası ilə qarşılaşıb.
Əsas hissəsi 0:0 bərabərliklə bitən oyunun qalibi penalti seriyasında müəyyənləşib. Rəqib qapısından 2 top keçirən FHN-in komandası 2:1 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.
Final mərhələsi Ədliyyə Nazirliyinin komandasına qarşı keçiriləcək.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçirilən yarışda 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparır.
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var
- “Qarabağ” SSKA-ya qarşı - Canlı-Yenilənir
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video