Rusiyada “Krokus Siti Holl”dakı terror aktında iştirak etməkdə şübhəli bilinən daha bir şəxs həbs edilib.
BUTA.TV xəbər verir ki, məhkəmə “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli şəxsi - Tacikistan vətəndaşı, 21 yaşlı Cumaxon Kurbonovu həbs edib.
Qeyd edək ki, o, bundan əvvəl Moskvada xırda dələduzluğa görə həbs edilmişdi. C.Kurbonov Rusiyada qeyri-rəsmi işləyib, yataqxanada yaşayıb.
Xatırladaq ki, konsert zalına hücumla bağlı 12 nəfər həbs edilib. Onlardan 11-i terror aktı maddəsi ilə, daha bir nəfər əcnəbi vətəndaşın saxta qeydiyyatı haqqında maddə ilə ittiham olunur.
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var
- “Qarabağ” SSKA-ya qarşı - Canlı-Yenilənir
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video